Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:37

Rusiya qara kürü istehsalına 10 illik qadağa qoyur


Son 15 ildə Xəzərdə nərə balığı ehtiyatları 38,5 dəfə azalıb

Son 15 ildə Xəzərdə nərə balığı ehtiyatları 38,5 dəfə azalıb

Rusiyada nərə kürüsünün istehsalına praktik olaraq tam qadağa qüvvəyə minir. «Turan» BBC-yə istinadən bildirir ki, bu tədbirlərə artıq üç ildən sonra Xəzərdə nərə balıqlarının tükənməsinə gətirə biləcək brakonyer balıq ovunun böyük miqyası səbəb olub.

Qadağa müsadirə edilmiş kürünün ticarətinə də aid olacaq. Bundan sonra o mağazaya verilməyəcək və məhv edilməlidir. Nərə balıqlarının xilas edilməsi naminə kürü piştaxtalardan yaxın 10 il müddətinə yox olacaq.


Avqustun 1-dən kürü istehsalına icazə yalnız balıq törəməsi ilə məşğul olan təsərrüfatlara veriləcək. Bundan başqa, elmi təhqiqatlar üçün də az miqdarda kürü çıxarılacaq.


Federasiya Şurasının Aqrar-ərzaq siyasəti komitəsinin sədri Gennadi Qorbunov deyir ki, məhdudlaşdırma tədbirləri müvəqqətidir: «Rusiya nərə balıqlarının sayını süni yolla bərpa edə bilər, lakin buna bir neçə il lazımdır».


Rusiya ekoloqlarının hesablamalarına görə, son 15 ildə Xəzərdə nərə balığı ehtiyatları 38,5 dəfə azalıb.


Son illərdə bir çox beynəlxalq təşkilatlar Xəzər hövzəsi ölkələrini qara kürü çıxarılmasını dayandırmağa və brakonyerliklə mübarizəyə çağırıblar.


Günün bütün mövzuları

XS
SM
MD
LG