Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:34

Yol polisi sürücüləri avtomobillərdən az istifadə etməyə çağırır


Baş Dövlət Yol Polisi İdarəsi havanın temperaturunun yüksək keçdiyi günlərdə sürücüləri avtonəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə çağırır.


İdarənin rəis müavini, polis polkovniki Balakişi Əhmədovun sözlərinə görə, asfalt örtüyünün həddindən artıq qızması yollarda hərarətin daha da yüksək olması ilə nəticələnir. Buna görə də, yol polisi qan-damar xəstəlikləri olan sürücüləri, habelə kondisioneri olmayan avtomobil sahiblərini ehtiyatlı olmağa çağırır.


Balakişi Əhmədovun sözlərinə görə, yol polisi avtobus sürücülərindən isti hava şəraitində sərnişinlərə qarşı xüsusi diqqətli olmağı, avtomobildə hər hansı bir kiçik nasazlıq olduqda belə xəttə çıxmamağı məsləhət görür. Məlumatı ANS TV yayıb.
XS
SM
MD
LG