Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:17

Əfqanıstanda dörd vəkil qətlə yetirilib


Əfqanıstanın Qazni əyalətində təxminən iki həftə əvvəl oğurlanmış dörd vəkilin cəsədi tapılıb. Onlar Paktika əyalətindən idilər.


Taliblərin nümayəndəsi «France Press» Agentliyinə deyib ki, hüquqşünaslar hakimiyyətə işlədikləri üçün öldürülüblər.


Avqustun 1-də Cənubi Koreyadan olan 21 girovu saxlayan taliblərin növbəti ultimatumunun müddəti də başa çatıb.


Bundan əvvəl taliblərin nümayəndəsi bəyan edib ki, iki girov ciddi xəstələnib.


Əfqanıstan hakimiyyəti taliblərin onların azı səkkiz tərəfdaşını həbsxanadan buraxmaq tələbini yerinə yetirməkdən imtina edib.


Əsirlərin qohumları onların azad olunmasına yardım etmək üçün ABŞ-a müraciət ediblər.


Taliblər iyulun 19-da Qazni əyalətində tutduqları 23 girovun ikisini sonradan öldürüblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG