Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:32

MTN və Baş Prokurorluq Müşfiq Hüseynovla bağlı məlumat yayıb


«Bizim Yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynov iyulun 24-də azadlıqdan məhrum edilib
«Bizim Yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynov iyulun 24-də azadlıqdan məhrum edilib

Avqustun 1-də hüquq mühafizə orqanları «Bizim Yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynovun həbsinin video görüntülərini AzTV-də nümayiş etdiriblər.


Göstərilən süjetlərdə jurnalist və Əmək və Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Rizvan Əliyev sonuncunun kabinetində söhbət edirlər. İkinci süjetdə onlar restoranda masa arxasında söhbət edirlər və Rizvan Əliyev Hüseynova pul verir. Çəkilişə əsasən Hüseynova 3500 dollar verilir, lakin pulun konkret nəyə görə verildiyi göstərilən süjetdən aydın olmur.


Milli Təhlükəsizlik Nazirliyi və baş prokurorluq Müşfiq Hüseynovun rüşvət alması ilə bağlı birgə məlumat hazırlayıblar.


Birgə məlumatına əsasən Müşfiq Hüseynovun evində aparılan axtarış zamanı onun kompyüterində «Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri barədə həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar aşkarlanıb».


Vəkil Vüqar Xasayev «Azadlıq» radiosuna bildirib ki, jurnalist avqustun 1-də də istintaqa verdiyi ifadəsində ona qarşı irəli sürülən ittihamları böhtan adlandırıb.


Vəkil deyir ki, müdafiə etdiyi şəxsin səhhətində ağrılar qalmaqdadır. Müşfiq Hüseynov daha çox qara ciyərindən və kor bağarsağındakı ağrılardan əziyyət çəkir.


İyulun 24-də Müşfiq Hüseynov 3 aylıq həbs edilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG