Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:52

«Xəqani küçəsi-33 Hesablama Palatasına verilib»


Baş nazirin müavini binanın daha bir neçə mərtəbə artırılacağını deyib

Baş nazirin müavini binanın daha bir neçə mərtəbə artırılacağını deyib

İyulun 31-i axşam Baş nazirin müavini Abid Şərifov Xəqani küçəsi 33-də yerləşən binaya gəlib. O, keçən ilin noyabrına qədər «Azadlıq» qəzetinin, Xalq Cəbhəsi Partiyasının, «Turan» İnformasiya Agentliyinin, «Bizim Yol» qəzetinin və digər ictimai təşkilatların ofislərinin yerləşdiyi bu binadakı təmir işlərinin gedişilə tanış olub.


Məlumatlı mənbələrdən «Turan»a bəlli olub ki, Şərifovun gəlişinə səbəb Nazirlər Kabinetinin sərəncamı ilə binanın Hesablama Palatasına verilməsi olub. Baş nazirin müavini ilk olaraq bu iki mərtəbəli binaya baxış keçirib və Təhsil Nazirliyinin sifarişilə aparılan təmirin dayandırılması barədə göstəriş verib. Bina keçən ilin noyabrında məhkəmənin qərarı ilə nazirliyə verilib.


Şahidlərin sözlərinə görə, Baş nazirin müavini binanın daha bir neçə mərtəbə artırılacağını deyib və bu işi xüsusi tikinti briqadalarının görəcəyinə işarə edib.


Təhsil Nazirliyindəki mənbələr idarənin təmir işlərinə xeyli miqdarda vəsait xərcləməsinə baxmayaraq, binanın onlardan alınması faktını təsdiqləyiblər.


Xəqani küçəsi-33-dəki bina Bakı merinin qərarı ilə 1992-ci ildən «Azadlıq» qəzetinə verilib. Buna qədər burada Müəllimləri Təkmilləşdirmə İnstitutu yerləşib. 2006-cı ilin noyabrında Təhsil Nazirliyinin binanın qaytarılması tələbilə verdiyi iddia təmin olunub, sözügedən kütləvi informasiya vasitələri və Xalq Cəbhəsi Partiyası binadan çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG