Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:06

Eynulla Fətullayevin vəkilləri apelyasiya şikayəti verməyə hazırlaşır


Vəkil Eynulla Fətullayevin nə səhhəti, nə də saxlanması ilə bağlı şikayəti olmadığını deyir

Vəkil Eynulla Fətullayevin nə səhhəti, nə də saxlanması ilə bağlı şikayəti olmadığını deyir

Hazırda həbsdə olan «Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevin vəkilləri apelyasiya şikayəti verməyə hazırlaşırlar. Bunu avqustun 31-də Milli Təhlükəsizlik Nazirliyində saxlanan Eynulla Fətullayevlə görüşən vəkil Aydın Nəzərli deyir.


Vəkil jurnalistin hazırda nə səhhəti, nə də saxlanma şəraiti ilə bağlı şikayəti olmadığını bildirib.


Eynulla Fətullayev bu il aprel ayında Yasamal Rayon Məhkəməsinin qərarı ilə iki il altı ay həbs edilib. O, Xocalı şəhərinin bir qrup sakinin iddiası əsasında böhtan xarakterli məlumatlar yaymaqda günahlandırılıb.


Onun haqqında həmçinin terrorla hədələmə və milli, irqi, sosial düşmənçilik yaymaq ittihamı ilə cinayət işi açılıb. Hazırda bu ittihamlarla bağlı da istintaq gedir.


Günün bütün mövzuları

XS
SM
MD
LG