Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:22

Fərəməz Novruzoğlunun səhhəti pisləşib


11 gündür aclıq edən «Nota-bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlunun səhhəti pisləşib. Bu barədə «Azadlıq» radiosuna jurnalistin həyat yoldaşı Tahirə Allahverdiyeva məlumat verib. İyulun 31-də 14 saylı həbsxanada cəza çəkən Fərəməz Novruzoğlu ilə görüşən T.Allahverdiyeva deyir ki, həyat yoldaşı kəskin arıqlayıb və onun təzyiqi aşağı düşüb. Tahirə Allahverdiyevanın sözlərinə görə, Fərəməz Novruzoğlu ağzının tikişini hələ də sökməyib. Baxmayaraq ki, o, danışa və su içə bilir.


T.Allahverdiyeva deyir ki, həyat yoldaşının tələblərindən biri yerinə yetirilib, artıq ona qəzetlər təqdim edilir. Fərəməz Novruzoğlu həmçinin yazılarının ölkə mətbuatında dərcinə icazə verilməsini, beynəlxalq hüquq müdafiəçilərinin iştirakı ilə işinə yenidən baxılmasını tələb edir.


Fərəməz Novruzoğlu bu ilin yanvarında iki il yarım müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Daxili İşlər naziri Ramil Usubov böhtan ittihamı ilə məhkəməyə müraciət etmişdilər.
XS
SM
MD
LG