Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:32

«Ermənistana silah göndərilməyəcək»


Albaniyanın Xarici İşlər naziri Lulzim Başa iyulun 31-də Elmar Məmmədyarova zəng edib
Albaniyanın Xarici İşlər naziri Lulzim Başa iyulun 31-də Elmar Məmmədyarova zəng edib

Albaniya hökuməti «Meiko» şirkətinə Ermənistana silah göndərməyə icazə verməyib. Albaniyanın Xarici İşlər naziri Lulzim Başa iyulun 31-də telefonla azərbaycanlı həmkarı Elmar Məmmədyarova belə deyib. Cənab Başa Məmmədyarovu əmin edib ki, artıq müqavilə ləğv olunub və silahlar Ermənistana göndərilməyəcək.


Azərbaycan Xarici İşlər Nazirliyindən «Azadlıq» radiosuna bildiriblər ki, alban nazirinin cavabı artıq Bakını qane edir.


Lulzim Başa telefon söhbəti zamanı həmçinin bildirib ki, Albaniya-Azərbaycan münasibətlərini bütün sahələrdə və iki ölkənin üzv olduğu təşkilatlar çərçivəsində çox vacib və çoxşaxəli sayırlar.


Bir neçə gün əvvəl Türkiyə mənbələri ölkə ərazisindən Ermənistan üçün nəzərdə tutulmuş silah və hərbi sursatla dolu 60 konteynerin tranzitinin dayandırıldığı barədə məlumat yaymışdılar. Albaniyadan göndərilən bu silah və sursat İstanbul limanından geri qaytarılmışdı. Bu hadisə rəsmi Bakının narahatlığına səbəb olmuşdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG