Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:06

İnsanovun vəkilləri beynəlxalq təşkilatlara və səfirliklərə müraciət edib


«Məqsəd İnsanovu xəstə-xəstə daha çox həbsxanada saxlamaq və ona mənəvi işgəncə verməkdir»
«Məqsəd İnsanovu xəstə-xəstə daha çox həbsxanada saxlamaq və ona mənəvi işgəncə verməkdir»

Keçmiş Səhiyyə naziri Əli İnsanovun vəkilləri beynəlxalq təşkilatlara və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciət ediblər. Bu barədə «Azadlıq» radiosuna İnsanovun vəkili Toğrul Babayev məlumat verib. O, deyir ki, Əli İnsanovun həbs qərarından artıq üç aydan çoxdur ki, apellyasiya şikayəti veriblər. Ancaq hələ də onların şikayətinə baxılmır. Vəkillər müraciətdə qeyd edirlər ki, burada siyasi məqsədlər güdülür: «Məqsəd Əli İnsanovu xəstə-xəstə daha çox həbsxanada saxlamaq və bununla ona mənəvi işgəncə verməkdir».


Keçmiş Səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Bu il aprelin 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə o 11 il azadlıqdan məhrum edilib.


XS
SM
MD
LG