Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:47

«Həmsədrlərin əsas yanaşmalar təklif edəcək formulu var»


Mətyu Brayzə: «Hazırda tərəflərin nəzərdən keçirdikləri maraqlı ideyalar var»

Mətyu Brayzə: «Hazırda tərəflərin nəzərdən keçirdikləri maraqlı ideyalar var»

Dağlıq Qarabağ münaqişəsinin həlli 1975-ci il tarixli Helsinki Yekun Aktının əsas prinsipləri çərçivəsində siyasi kompromisə regiondakı bütün digər münaqişələrdən daha yaxındır. AzərTAc-ın İTAR-TASS-dan aldığı xəbərə görə, bunu ATƏT-in Minsk Qrupunun həmsədri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Mətyu Brayzə bildirib.


M.Brayzə ABŞ-ın Yerevandakı səfirliyinin iqamətgahında keçirilən brifinqdə deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin prosesin yekun nəticələrini qabaqlamadan əsas yanaşmalar təklif edəcək formulu var. Nizamasalmanın bu qədər yaxın olması münaqişənin həlli demək deyil. O, belə bir faktı xatırladıb ki, Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda Sankt-Peterburqdakı görüşü nəticəsiz qalıb, lakin bu, danışıqlar prosesinin başa çatması demək deyil. Hazırda tərəflərin nəzərdən keçirdikləri maraqlı ideyalar var.


Amerikalı diplomat bildirib ki, Kosovo probleminin həlli digər münaqişələrin həlli üçün nümunə ola bilməz. Onun fikrincə, dünyada mövcud münaqişələrin həlli üçün ümumi nümunənin olması mümkün deyil.


Günün bütün mövzuları

XS
SM
MD
LG