Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:18

Ramin Tağıyev və Səid Nuriyevin kassasiya şikayəti ilə bağlı proses təxirə salınıb


İyulun 31-də Ali Məhkəmədə «Yeni Fikir» Gənclər Təşkilatının fəalları Ramin Tağıyev və Səid Nuriyevin kassasiya şikayəti ilə bağlı məhkəmə iclası təxirə salınıb. Vəkil Elçin Qəmbərov bunu Ali Məhkəmədə yeni hakimlərin təyinatı ilə bağlı keçirilən toplantı ilə izah edib.


«Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 7 il, həmin təşkilatın fəallarından Rəmin Tağıyev 5 il həbs cəzası alıb. Səid Nuriyev isə 3 il şərti cəzaya layiq görülüb. Apellyasiya Məhkəməsi Ramin Tağıyevin həbs müddətini 5 ildən 4 ilə endirmişdi. Vəkil Elçin Qəmbərov deyir ki, onlar Ali Məhkəmədən həm Ramin Tağıyevə, həm də Səid Nuriyevə bəraət verilməsini tələb edirlər. Vəkilin sözlərinə görə, bundan əlavə müdafiə etdikləri şəxslərə 5000 min avro kompensasiya ödənilməsini tələb edirlər. Elçin Qəmbərov güman edir ki, Ali Məhkəmə onların kassasiya şikayətini təmin etməyəcək. Ancaq Ali Məhkəməyə müraciət etməklə Azərbaycanda sonuncu məhkəmə instansiyasını da keçmək istəyirlər. Məqsəd isə sonradan Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmaqdır.
XS
SM
MD
LG