Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:53

Azərbaycan fəalının həbs müddəti artırılıb


Çingiz Bəxtavər zindanından yazdığı məktubda İran hökumətini ittiham edib
Çingiz Bəxtavər zindanından yazdığı məktubda İran hökumətini ittiham edib

2006-cı ilin kütləvi etirazlarının il dönümü ərəfəsində heç bir qanuni səbəb göstərilmədən iş yerindən ETTELAAT idarəsinə və daha sonra Təbriz zindanına aparılan Çingiz Bəxtavər mayın 20-dən bu günə qədər ittiham irəli sürülmədən həbs edilib. İyulun 29-da isə Təbrizin İnqilab Məhkəməsi onu «millətçi» məhbusların ailələrinə maliyyə yardımı toplamaqda, xaricdəki «Azərbaycan pan-turkistləri» ilə əlaqə saxlamaqda və İran İslam hökumətinə qarşı təbliğat aparmaqda məhkum edib.


İllərdən bəri fəhlələrin hüququndan müdafiə edən və Təbrizin fəhlə həmkarlar təşkilatında aktiv rol oynayan Çingiz Bəxtavər eyni zamanda İranda Azərbaycan dilinin rəsmiləşməsi uğrunda da ciddi fəaliyyət aparıb. O, dəfələrlə həbs və mühakimə edilib.


Cənab Bəxtavər, iyulun 13-də Təbriz zindanından yazdığı məktubunda İran hökumətinə qarşı kəskin ittihamlarla çıxış etmiş, özü və ailəsinə olan təzyiqlərə son qoyulması üçün beynəlxalq təşkilatlardan İran hökumətinə təzyiq edilməsini istəmişdi.


İyulun 21-də «Amerikanın Səsi»nə müsahibə verən Çingiz Bəxtavərin oğlu Babək Bəxtavər isə bildirmişdi ki, atasının həbsindən sonra ailə üzvləri həftələrlə onun harada olduğunu belə bilməyib. Təbriz zindanında saxlandığını öyrəndikdən sonra da hər dəfə onunla görüşmək istəyən anası təhqirlərə məruz qalıb.


XS
SM
MD
LG