Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:17

«Qarabağ nizamlanmasında irəliləyiş gözlənilmir»


«Abxaziya probleminin həlli üçün Minsk qrupuna bənzər qrup yaratmaq lazımdır»

«Abxaziya probleminin həlli üçün Minsk qrupuna bənzər qrup yaratmaq lazımdır»

«Ayna» 31 iyul tarixli sayının baş məqaləsində bildirir ki, «Qarabağ nizamlanmasında irəliləyiş gözlənilmir». Qəzet şərhçisi Zaur İbrahimli yazır: «Mətyu Brayzanın sözlərinə görə, Dağlıq Qarabağ MDB məkanındakı digər tanınmamış respublikalara nisbətən Helsinki razılaşmalarına daha yaxındır və danışıqlara hazırdır. Diplomatın fikrincə, Abxaziya probleminin həlli üçün Minsk qrupuna bənzər vasitəçilər qrupu yaratmaq lazımdır. M.Brayzanın nitqindən belə aydın olub ki, yaxın gələcəkdə Qarabağ nizamlanmasında irəliləyiş gözlənilmir. «Ermənistan və Azərbaycanda qarşıdan gələn prezident seçkiləri heç bir konstruktivlik gətirə bilməz. Mənim «münaqişənin həlli yaxındır» deməyimə gəldikdə isə bu o demək deyil ki, Qarabağ münaqişəsi tez həll oluna bilər. Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqdakı son görüşü bunu təsdiqləyir»,- deyə amerikalı həmsədr vurğulayıb». Məqalə ilə ətraflı «Ayna»nın elə birinci səhifəsində tanış olmaq mümkündür.


«Türkiyədə 30 gün vizasız. Qazaxlar və qırğızlar Ankaranın yeni viza siyasətindən kənarda qaldılar»- «Ekspress» qəzeti Türkiyənin türkdilli dövlətlərlə viza rejimini ləğv etməsi qərarı ilə bağlı belə yazıb


«İlkin mərhələdə qərarın bütün türkdilli ölkələri əhatə etməsi gözlənilsə də, Qazaxıstan və Qırğızıstan yeni viza siyasətindən kənarda qalıblar. Beş ölkənin vətəndaşlarına tətbiq edilən yeni rejimin tətbiqinə Türkiyə tərəfindən birtərəfli olaraq iyulun 29-dan başlanıb».


«Yeni Müsavat» ın köşə yazarı Xalid Kazımlı Yaponiyada keçirilən son seçkilərlə Azərbaycandakı seçki mühitini müqayisə edən məqalə yazıb. Müəllif hər iki ölkənin hakim partiyalarının cəmiyyətdəki rolunu təhlil edir. «Yap.LDP-nin (Yaponiya Liberal-Demokratik Partiyası) uğurunun bir səbəbi də odur ki, bu partiya həm də özü-özünə müxalifətdir və qətiyyən öz daxilində ətalətə, yıpranmaya yol vermir. Son 50 ildə bu partiya 20-dən artıq hökumət kabineti qurub. Hakimiyyətdə ən uzun müddət olan baş nazir cəmi 6 il hökumətə rəhbərlik edib. Bu, rekorddur».


«Yapon seçkisi və YAP-ın seçkisi» adlanan məqalədə daha sonra deyilir: «Ölkəmizdə adı ilə istər-istəməz Yaponiyanı xatırladan bir partiya (YAP) da var ki, onun qurduğu hökumətin bütün dünyaya borcu var, nəinki regionun, heç öz ölkəsinin də problemlərini həll edə bilmir, üstəlik, vaxtaşırı öz vətəndaşlarını çörək, yanacaq imtahanına çəkir, ancaq bütün seçkilərdə həmişə özü «seçilir». Sonuncu cümlədəki axırıncı söz ona görə dırnaqdadır ki, YAP-ınkı seçilmək deyil, bütün mümkün mandatları (bələdiyyə və parlament üzvlüyündən tutmuş prezident mandatına qədər) qamarlamaqdır». Məqalə qəzetin 9-cu səhifəsində yer alıb.


XS
SM
MD
LG