Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:46

Jurnalistlərə 1600 dollar məbləğində yardım ayrıldı


Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli
Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli

«Söz azadlığının və jurnalistlərin müdafiəsinə yardım fondu» jurnalistlərə 1600 ABŞ dolları məbləğində yardım ayırıb. Qurumun İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinin «Azadlıq» radiosuna verdiyi xəbərə görə, bu məbləğ onlara edilmiş 41 müraciət əsasında verilib.


Məmmədli bildirir ki, «Nota Bene» qəzetinin həbsdə olan əməkdaşı Fərəməz Novruzoğlunun ailəsinə 300 ABŞ dolları ayrılıb. «Nyu-press» qəzetinin redaktoru Elşad Mehdiyevin ailəsinin müraciəti isə təmin edilməyib. Buna səbəb kimi E.Mehdiyevin peşə fəaliyyətilə bağlı həbs edilməməsi göstərilib.


«Boz qurd» qəzetinin redaktoru Ramiz Nəcəfliyə müalicəsi məqsədilə 200 ABŞ dolları həcmində, nəşri dayanan «Bakı-Xəbər» qəzetinin 27 əməkdaşına isə 700 ABŞ dolları məbləğində yardım edilməsi qərarlaşdırılıb.


Yadigar Məmmədli fondun «Azadlıq» qəzetinin məhkəmədə müdafiəsi üçün vəkillə təmin edilməsi məqsədilə 400 ABŞ dolları həcmində yardım ayırdığını da deyib.


«Söz azadlığının və jurnalistlərin müdafiəsinə yardım fondu» Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə dəstəyilə həyata keçirilən «Media problemlərinin monitorinqi, jurnalistlərə hüquqi və maddi yardım» layihəsi çərçivəsində fəaliyyət göstərir. Bundan əvvəl fond jurnalistlərə 3200 ABŞ dolları məbləğində yardım ayırıb. Fondun illik büdcəsi 10 min dollardır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG