Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:39

«İnformasiya əldə edilməsi» haqqında qanuna əməl olunmur


Rəşid Hacılı növbəti hesabatın ilin sonunda açıqlanacağını bildirir
Rəşid Hacılı növbəti hesabatın ilin sonunda açıqlanacağını bildirir

«İnformasiya əldə edilməsi» haqqında qanunun qəbulundan 2 ilə yaxın vaxt keçsə də, ona əməl olunmur. Bu fikir Media Hüququ İnstitutunun (MHİ) hesabatında yer alıb. Hesabat iyulun 30-da açıqlanıb.


Dövlət qurumları özlərinin internet resurslarını yaratsalar heç də bütün məlumatlar saytlara daxil edilmir. Bələdiyyələrin isə internet resurslarının yaradılması işi yubanır. MHİ-nin rəhbəri Rəşid Hacılının sözlərinə görə, məlumat sahibləri 1 il yarım ərzində xüsusi informasiya bölmələri yaratmalı olduqları halda bunu etməyiblər: «Sənədə görə qanunun birbaşa tələbi olsa da, ölkə prezidenti 1 ildir ki, informasiya müvəkkilinin təyinatını yubadır».


MHİ-nin araşdırmasında göstərilir ki, 186 quruma 411 sorğu verilib. Sorğuların yalnız 125-i cavablandırılıb. 286 sorğuya isə heç bir cavab verilməyib. Sorğuların yalnız 17-sinə qanunla müəyyən olunmuş 7 günlük müddətdə və mahiyyət üzrə cavab verilib. Müdafiə Sənayesi Nazirliyi, Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti, Heydər Əliyev Fondu onlara göndərilən bilgi sorğularını heç bir halda cavablandırmayıblar.


Rəşid Hacılı onu da qeyd edib ki, ölkənin məhkəmə hakimiyyəti də informasiya azadlığını dəstəkləmir.


İnstitut problemlərin həlli üçün öz tövsiyələrini verib. Hesabatın bu hissəsində qeyd olunur ki, məlumat azadlığı ilə bağlı qanunvericilik inkişaf etdirilməli, İnzibati Xətalar Məcəlləsinə düzəliş edilməli, informasiya verməyən vəzifəli şəxslər üçün məsuliyyət müəyyən edilməlidir.


Rəşid Hacılı araşdırmaların davam etdirildiyini və növbəti hesabatın 2007-ci ilin sonunda açıqlanacağını bildirir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG