Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:13

Müşfiq Hüseynov həkim nəzarətindədir


Müşfiq Hüseynovla bağlı heç bir yeni istintaq hərəkəti aparılmayıb

Müşfiq Hüseynovla bağlı heç bir yeni istintaq hərəkəti aparılmayıb

Qaraciyəri soyuqlayan «Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynov hazırda həkim nəzarəti altındadır. Bu həftə o, rentgen aparatından keçirilməlidir. İyulun 30-da onunla görüşmüş vəkili Vüqar Xasayev «Azadlıq» radiosuna belə deyib. Vəkil bildirib ki, jurnalistin qaraciyəri soyuqlayıb və onda korbağırsaq tutmaları olur. Jurnalistin vərəm xəstəliyindən də əziyyət çəkdiyi xəbər verilir.


Vüqar Xasayevin sözlərinə görə, Müşfiq Hüseynovla bağlı heç bir yeni istintaq hərəkəti aparılmayıb.


Müşfiq Hüseynov iyulun 24-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. O, rüşvət almaqda ittiham olunur. Hüquq-mühafizə orqanlarının məlumatına görə, jurnalist Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşından 3500 dollar məbləğində rüşvət aldığı yerdə saxlanılıb.


Müşfiq Hüseynov isə bu ittihamı rədd edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG