Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:16

Məhkəmə altı evin sökülməsinə qərar verib


Məhkəmə sakinlərə evin sökülməsi üçün möhlət qoymayıb

Məhkəmə sakinlərə evin sökülməsi üçün möhlət qoymayıb

Sabunçu Rayon Məhkəməsi Bakının Zabrat qəsəbəsində, «Balaxanıneftqazçıxarma» İdarəsinin ərazisində tikilmiş altı evin sökülməsi haqda qərar çıxarıb. Məhkəmə qərarını həmin evlərin qanunsuz olması və idarənin ərazisində tikilməsi isə əsaslandırıb. Bu haqda «Azadlıq» radiosuna sakinlər məlumat veriblər. Həmin sakinlərdən biri Şəfiqə İsayeva deyir ki, məhkəmə onlara evin sökülməsi üçün möhlət qoymayıb: «Qanunsuz bir bizim evimizdi ki? Orda yüzlərlə ev var».


Məhkəmənin qərarı haqda danışmaq istəməyən «Balaxanıneftqazçıxarma» İdarəsinin rəis müavini Nəzərəli Hüseynovun məsələyə münasibəti isə belə oldu: «Əhalini təşvişə salmaq lazım deyil. Məhkəmə sökülmə haqda qərar çıxartsa da, hələlik evlərin uçurulması məqsədilə heç kim sakinlərin qapısını döyməyib, döyməyəcək də».


Bir müddət əvvəl «Balaxanıneftqazçıxarma» İdarəsi onun ərazisindəki qanunsuz tikililərin, xüsusən də buruqların yaxınlığında tikilən evlərin sökülməsi iddiası ilə məhkəməyə müraciət edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG