Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:52

Əfqanıstandakı 22 girovun taleyi hələ də naməlumdur


Əfqanıstanda girov götürülmüş 22 cənubi koreyalının taleyi barədə hələ də məlumat yoxdur. Girovların əksəriyyəti qadınlardır.


Taliblərin irəli sürdüyü növbəti ultimatumun müddəti başa çatıb – onlar əvəzində 20-dən çox məhbus yaraqlını azadlığa buraxmağı tələb edirlər.


Hakimiyyət bu tələblərlə razılaşmır və girovların buraxılmasına dair danışıqları daha iki gün uzatmağa çağırır.


Bu haqda Qazni əyalətinin qubernatoru Maracudin Patan məlumat verib. İyulun 19-da Cənubi Koreya vətəndaşlarını bu əyalətdə oğurlayıblar. Onlardan biri iyulun 25-də qətlə yetirilib.


XS
SM
MD
LG