Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:10

«ABŞ-da Azərbaycan iqtidarını narahat edən yeni qanun»


Sənəd Konqresin Nümayəndələr Palatası tərəfindən 371 səs lehinə, 40 əleyhinə olmaqla qəbul edilib
Sənəd Konqresin Nümayəndələr Palatası tərəfindən 371 səs lehinə, 40 əleyhinə olmaqla qəbul edilib
İyulun 29-da – bazar günü əksər qəzetlər çap olunmur. Həmin gün nəşr olunan «Yeni Müsavat» qəzetinin baş yazısı isə belə adlanır: «ABŞ-da Azərbaycan iqtidarını narahat edən yeni qanun». Məqalədə bildirilir ki, Birləşmiş Ştatlar Konqresi Azərbaycan və antidemokratik rejimlərin mövcud olduğu bütün ölkələr üçün böyük əhəmiyyət kəsb edən bir qanun qəbul edib. Qəzet yazır ki, qanuna görə, demokratiyanı yaymaq və qorumaq, xarici ölkələrdə demokratik hərəkatlara və onların fəallarına, insan haqlarına və mətbuat azadlığına yardım etmək ABŞ-ın dövlət siyasətinə çevrilir. Bu sənəd həm də ABŞ-ın təhlükəsizliyinin təmin edilməsi haqda qanunvericiliyin tərkibinə daxildir. Bu haqda xüsusi əlavə isə «2007-ci ildə demokratiyanın dəstəklənməsi haqda Akt»a artırılıb. Sənəd Konqresin Nümayəndələr Palatası tərəfindən 371 səs lehinə, 40 əleyhinə olmaqla qəbul edilib. Bundan əvvəl isə qanunu Senat təsdiqləyib və Konqres onu imzalanmaq üçün prezidentə göndərib. «Yeni Müsavat» yazır ki, sənəddə ABŞ Dövlət katibinə ölkənin beynəlxalq təşkilatlardakı daimi nümayəndəliklərində, həmçinin Silahlı Qüvvələrin bütün döyüş komandanlıqlarında demokratiya üzrə məsul şəxs vəzifəsi təsis etmək tapşırılır. Bu isə o deməkdir ki, xarici ölkələrdə demokratiyanı dəstəkləmək və qorumaq üçün ABŞ hökumətində konkret strukturlar fəaliyyət göstərəcək və bu işə məsul olan vəzifəli şəxslər olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG