Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:51

İordaniyanın paytaxtındakı prospektlərdən birinə Heydər Əliyevin adı veriləcək


Tbilisidə Heydər Əliyevin büstünün təntənəli açılış mərasimi,12 may 2007

Tbilisidə Heydər Əliyevin büstünün təntənəli açılış mərasimi,12 may 2007

Azərbaycan prezidenti İlham Əliyevin iyulun 29-da İordaniyaya başlayacaq rəsmi səfəri zamanı paytaxt Əmmandakı prospektlərdən birinə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin adı veriləcək. Prezident İlham Əliyev həmin mərasimdə iştirak edəcək.

Bu barədə məlumat verən «Xəbərlər-Azərbaycan» agentliyi yazır ki, həmin prospekt Əmmanda Məhəmməd peyğəmbərin adını daşıyan prospektin davamı olacaq.


Həmin prospektdə kral ailəsinin bütün üzvləri və İordaniyanın görkəmli xadimlərinin evləri yerləşir. Oradan müsəlman aləminin müqəddəs yeri sayılan Qüds (Yerusəlim) şəhərinə mənzərə açılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG