Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

Yeni nəslin yeni televizyası – AN TV


AN TV adı zaman anlamını bildirən «an» sözündən qaynaqlanır

AN TV adı zaman anlamını bildirən «an» sözündən qaynaqlanır

Əlinizdə videokameralı mobil telefon varmı? Üstəlik, telejurnalist olmaq arzusundasınız? Siz artıq xəyallarınızı gerçəkləşdirə bilərsiz. Dünyada ilk mobil televiziya olan AN TV bu şansı hər kəsə verir.

AN TV 2007-ci ilin aprelin 24-də fəaliyyətə başlayıb. AN TV-nin yaradılması ideyası Avropada təhsil alan Azərbaycan tələbələrin Avropa Parlamentində keçirdikləri forumda meydana gəlib.


AN TV-nin ənənəvi telekanallardan fərqli olaraq nə ofisi var, nə tezliyi, nə də ştat işçiləri. AN TV internetdə yayımlanır. Onu izləmək üçün sadəcə www.youtube.com saytına girmək və orada AN TV-ni axtarmaq kifayətdir.


Televiziyanın yaradıcısı Emin Abdullayev deyir ki, AN TV adı zaman anlamını bildirən «an» sözündən qaynaqlanır:


«Yəni, biz hər an həyatımızdakı maraqlı anları, hadisələri, fikirləri AN TV vasitəsilə hamıya çatdıraq. Bu, informasiya məkanında inqilab deməkdir». Onun sözlərinə görə, «bürokratiya, iyerarxiya, materialın razılaşdırılıb-razılaşdırılmaması uzun vaxt tələb edir və ortaya məhdudiyyətlər çıxır. Ancaq AN TV bu gün xalqın televiziyasına çevrilir və xalqın səsini efirə verir. Burda jurnalistin özü də xalq olur. Mən Azərbaycan vətəndaşlarına, dünyada olan azərbaycanlılara potensial AN TV jurnalisti, rejissoru, prodüsseri kimi baxıram».


Abdullayev deyir ki, televiziyanın əsas ideyası Azərbaycanda yeni düşüncə, yeni yanaşma formalaşdırmaqdan ibarətdi. O, istəyir ki, hər kəsin, klassik TV-lərə çıxış imkanı olmayanların da bu kanal vasitəsilə fikrini demək imkanı olsun.


AN TV-nin ilk verilişləri «Pilləkən» tok-şousu, «Yol», «Meşə», «Xalq-talk» verilişləridir. Burada bir verilişin həcmi maksimum 5-6 dəqiqədir. Emin Abdullayev bunun səbəbini də açıqlayır: «Cəmiyyətdə informasiya çoxdur. İnsanların vaxtı olmur ki, 1-2 saat oturub klassik verilişlərə baxsınlar. Ona görə hesab edirəm ki, qısa vaxt ərzində müəyyən mövzunu tamamlamaq olar».


XS
SM
MD
LG