Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:49

Bakı Şəhər Yol Polisi İdarəsinin «Azadlıq» qəzetinə qarşı iddiası ilə bağlı hazırlıq iclası keçirilib


İyulun 27-də Səbail Rayon Məhkəməsində Bakı Şəhər Yol Polisi İdarəsinin şöbə rəisi Qafar Abbasovun «Azadlıq» qəzetinə qarşı qaldırdığı iddia ilə bağlı hazırlıq iclası keçirilib. Qəzetin texniki redaktoru Azər Əhmədovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, növbəti proses avqustun 3-nə təyin edilib.


«Azadlıq» qəzetinin 17 may 2007-ci il tarixli sayında dərc edilən yazıda Bakı Şəhər Yol Polisi İdarəsinin tikinti biznesilə məşğul olduğu qeyd olunur. Yazıda həmin idarənin şöbə rəisi Qafar Abbasovun adı çəkilir. Qafar Abbasov isə yazılanları böhtan hesab edir. O, qəzetin təkzib verməsini, yazı müəllifinin üzr istəməsini və nəşrin 50 min manat cərimə edilməsini istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG