Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:44

Hökumət Evinin yaxınlığında intihar hadisəsi olub


İyulun 27-də səhər saat 10 radələrində Bakının mərkəzində, Hökumət Evinin yaxınlığında ağacdan asılı vəziyyətdə kişi meyiti tapılıb. Bu haqda «Azadlıq» radiosuna məlumat verən Səbail rayon prokurorunun müavini Elçin Sultanov deyir ki, ilkin baxış zamanı onun üzərində zorakılıq izləri aşkarlanmayıb. İlkin ehtimala görə 35 yaşlı həmin şəxs intihar edib.


«Amma bununla belə meyit yenidən ekspertizadan keçiriləcək».


Elçin Sultanov bunu da deyir ki, meyitin üzərindən onun şəxsiyyətini təsdiqləyən sənəd tapılmayıb. Hazırda bu yöndə araşdırma aparılır.


XS
SM
MD
LG