Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:53

QİÇS-lə mübarizə aparan təşkilatlar KİV-ə müraciət edib


Rəsmi məlumatlara görə Azərbaycanda min nəfərdən sox HİV daşıyıcısı var

Rəsmi məlumatlara görə Azərbaycanda min nəfərdən sox HİV daşıyıcısı var

Azərbaycanda QİÇS-ə qarşı mübarizə aparan təşkilatlar yazılarda etika qaydaları pozmamaq xahişilə KİV rəhbərlərinə müraciət ediblər.


Müraciətdə qeyd olunur ki, mətbuatda son dövrdə Azərbaycanda HİV/AİDS-lə bağlı həyata keçirilən tədbirlərin nəticələri heçə endirilir, müayinə üçün müraciət etmək arzusunda olan şəxslər bu addımdan çəkindirilir.


Təşkilatlar bildirir ki, mətbuat cəmiyyətdə HİV-li şəxslərə qarşı qorxu və narazılıq yaradır. Ən başlıcası isə gələcəkdə HİV-in yayılmasının qarşısının alınmağa yönəlmiş tədbirlərin nəticələrinə mənfi təsir göstərir.


Bu baxımdan da müraciəti imzalayan təşkilatlar istəyirlər ki, QİÇS-li şəxslərə qarşı mətbuatda etik çərçivələrə sığmayan ifadələrə yol verilməsin.


Rəsmi məlumatlara görə Azərbaycanda min nəfərdən sox HİV daşıyıcısı var.


Günün bütün mövzuları

XS
SM
MD
LG