Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:34

Məhbus redaktor bir həftədir aclıq edir


«Nota-Bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu artıq bir həftədir ki, aclığı davam etdirir. Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Rafiq Ramazanov belə deyir. Hazırda məhbus jurnalistin Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində saxlanıldığını deyən cənab Ramazaonv onun səhhəti haqda məlumat vermir.


Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov deyir ki, jurnalistin səhhəti ilə bağlı onlar da məlumat ala bilmirlər. Onlara yalnız bu deyilir ki, redaktoru aclığa məcbur edən olmayıb, o özü aclığa başlayıb və aksiya davam edir.


Fərəməz Novruzoğlu iyulun 20-dən aclıq edir, onunla görüşən qohumları məhbusun ağzını tikdiyini və altı tələbi olduğunu bildirirlər. O, beynəlxalq qurumlar və İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşmək, onların iştirakı ilə yenidən məhkəmə keçirilməsini tələb edir. Əks halda vətəndaşlıqdan imtina edəcəyini bildirir.


XS
SM
MD
LG