Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:09

«Azərbaycan cəmiyyəti sovet ənənələrindən qurtula bilmir»


«Türkiyə seçkiləri Azərbaycan siyasətçiləri üçün çox gözəl dərs ola bilər»
«Türkiyə seçkiləri Azərbaycan siyasətçiləri üçün çox gözəl dərs ola bilər»

«Mənə elə gəlir ki, Türkiyə seçkiləri Azərbaycan siyasətçiləri üçün çox gözəl dərs ola bilər. Normal seçki sistemi formalaşan ölkələrdə xalqın sosial-iqtisadi maraqları hər zaman ön planda olur. Bunu Avropa dövlətlərində və ABŞ-da görmək olar. Ona görə də hakimiyyət iddiasında olan siyasi qüvvə sosial-siyasi baxışlarını cəmiyyətlə bölüşməlidir». Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə «Yeni Müsavat»a müsahibəsində belə deyib.


Jurnalistin «icra strukturlarının seçkiyə müdaxiləsinin qarşısını almaq üçün nələr edilməlidir» sualını millət vəkili belə cavablandırıb: «Nəhayət, etiraf etməliyik, Azərbaycan cəmiyyəti sovet ənənələrindən qurtula bilmir. Təəssüf ki, siyasi yönümünə baxmayaraq, siyasilərimizdə keçmişin ənənələri qalmaqdadır. Sovet dövründə bir partiyalı sistem idi və bu partiyanın kursu bütün dövlət aparatında öz əksini tapırdı. Azərbaycanda sovet ənənələrinə son qoyulmalı və çoxpartiyalı sistem yaradılmalıdır».


«Taxıl ucuzlaşacaqmı?»- hazırda Azərbaycan cəmiyyətində aktual olan bu problemi «Azadlıq» qəzeti də müzakirə edir. Qəzet iqtisadçı ekspert Qubad İbadoğlunun fikirlərinə istinad edərək yazır ki, bunun üçün perspektivləri çox qaranlıq görünür.


«525» Azərbaycanda arıçılığın indiki durumu haqqında məqalə çap edib. Qəzet iddia edir ki, ölkənin ildə 1200 ton bal istehsal etmək imkanı var: «Hesablamalara görə, hazırda respublikada təxminən 120-130 minə qədər arı ailəsi mövcuddur. Amma respublikamızda təxminən 550 minə qədər arı ailəsi saxlamaq, ildə 1200 tona qədər bal istehsal etmək imkanı var. Ana arını yetişdirib satmaqla, respublika külli miqdarda gəlir əldə edə bilər. Təəssüf ki, respublikada arıçılıq sahəsi tələbata uyğun inkişaf etməyib». Məqalə ilə ətraflı qəzetin 6-cı səhifəsində tanış olmaq olar.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG