Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:26

Müşfiq Hüseynov üç aylıq həbs olundu


Jurnalistin vəkili Vüqar Xasayev «Azadlıq» radiosuna bildirib ki, hökm qanunsuz və əsassızdır

Jurnalistin vəkili Vüqar Xasayev «Azadlıq» radiosuna bildirib ki, hökm qanunsuz və əsassızdır

«Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynovun barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib. Qərarı Nəsimi Rayon Məhkəməsinin hakimi Gülnarə Tağızadə çıxarıb.


Jurnalistin vəkili Vüqar Xasayev «Azadlıq» radiosuna bildirib ki, hökm qanunsuz və əsassızdır. «İrəli sürülən ittiham əsas sızdır. Heç bir sənəd təqdim edilməyib. Biz məsələ qaldırdıq ki, Müşfiq vərəm xəstəsidir. Himayəsində iki azyaşlı uşaq var. Buna görə də onun barəsində həbs-qətimkan tədbiri seçilməsin. Hakimin qərarı əsassızdır».


Rəsmi məlumata görə «Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynov iyulun 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından 3500 dollar rüşvət alarkən xüsusi əməliyyat nəticəsində həbs olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə cinayət işi qaldırılıb. Jurnalistin işi üzrə istintaqı Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparır.


Vəkili isə Müşfiq Hüseynova qarşı irəli sürülən ittihamların heç bir əsası olmadığını və jurnalistin onları rədd etdiyini deyir.


Bununla da Azərbaycanda həbsdə olan jurnalistlərin sayı 8-ə çatdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG