Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:38

Gəncə Avtomobil Zavodu UAZ-la əməkdaşlığı bərpa edəcək


Gəncə Avtomobil Zavodu (GAZ) Rusiyanın Ulyanovsk Avtomobil Zavodu (UAZ) ilə əməkdaşlığı bərpa edəcək. GAZ-ın direktoru Xanlar Fətiyevin sözlərinə görə, müəssisədə yalnız AVRO-2 standartına cavab verən UAZ avtomobilləri yığılacaq. Cənab Fətiyev deyir ki, onlar sentyabrda yığıma başlamağı qərara alıblar və ilkin mərhələdə 80 avtomobilin istehsalı nəzərdə tutulub: «Əgər işbirliyi qarşılıqlı səmərə verərsə, Gəncə müəssisəsi UAZ-la əməkdaşlığı 2008-ci ildə də davam etdirəcək».


GAZ-la Rusiyanın UAZ şirkəti arasında 2005-ci ildə yaranan əməkdaşlıq yalnız bir il davam edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG