Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:30

Kislyakla görüşdə Qarabağ məsələsi də müzakirə edilib


Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Kislyak Bakıdadır. O, iyulun 26-da Azərbaycan prezidenti İlham Əliyev, Xarici İşlər və Müdafiə nazirləri Elmar Məmmədyarov və Səfər Əbiyevlə görüşüb. Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib. Bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Araz Əzimov deyib. Cənab Əzimov həmçinin bildirib ki, Azərbaycanın bir nömrəli təhlükəsizlik məsələsi olan Qarabağ münaqişəsi də görüşdə müzakirə edilib.


Sergey Kislyak isə öz növbəsində bu münaqişə ilə məşğul olmadığını, ancaq ATƏT-in Minsk Qrupuna üzv dövlət kimi Rusiyanın problemin həllinə yardım etməkdə maraqlı olduğunu deyib
XS
SM
MD
LG