Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:33

«İran heç vaxt nüvə proqramını təxirə salmayacaq»


İran heç vaxt beynəlxalq təzyiqlərə boyun əyib nüvə proqramını təxirə salmayacaq. Bunu İranın prezidenti Mahmud Əhmədinejat televiziya ilə çıxışında deyib.


Əhmədinejat bildirib ki, BMT-nin gələcəkdə hər hansı qətnaməsi İrana mane ola bilməz ki, nüvə texnologiyasından əl çəksin.


İki gün qabaq İran Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin onun nüvə reaktoruna baş çəkməsinə razılıq verib . Müfəttişlərin Tehrana bu gün gələcəyi gözlənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG