Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:28

Azərbaycanlı sülhməramlılar İraqdan vətənə dönüblər


Azərbaycan sülhməramlıları İraqla yanaşı, Kosova və Əfqanıstanda da xidmət göstərirlər

Azərbaycan sülhməramlıları İraqla yanaşı, Kosova və Əfqanıstanda da xidmət göstərirlər

Sülhməramlı Qüvvələr tərkibində İraqda xidmət edən 88 nəfər Azərbaycan hərbçisi iyulun 26-da günorta saatlarında Bakıya gəliblər. Bu barədə "Azadlıq" radiosuna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.


Azərbaycan ordusunun sülhməramlı qüvvələr bölüyü 1 il İraqın Hadita şəhərində elektrik stansiyasının mühafizəsini təşkil ediblər. Onların arasında zabit və gizirlər də var.


İyul ayının əvvəlində hərbi xidməti başa vuran hərbçilərin yerinə rotasiya qaydasında 88 nəfərdən ibarət başqa qrup göndərilib. Azərbaycan ordusunun sülhməramlı qüvvələri İraqla yanaşı, Kosova və Əfqanıstan kimi digər münaqişə bölgələrində xidmət göstərirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG