Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:51

Bu gün Azərbaycanda rekord həddə isti müşahidə olunur


Paytaxt Bakıda 35-37, ölkənin rayonlarda isə 39 dərəcə isti gözlənilir

Paytaxt Bakıda 35-37, ölkənin rayonlarda isə 39 dərəcə isti gözlənilir

Hidrometrioloqların verdiyi məlumata görə, bu gün-iyulun 26-da Azərbaycanda yayın ən isti günlərindən biri olacaq. Bakıda 35-37, rayonlarda isə 39 dərəcə isti gözlənilir. Təcili Yardım Xəstəxanasından verilən məlumata görə, isti günlərdə günvurmayla bağlı çağırışların sayı çoxalır.


İsti havada həkimlər əhaliyə, xüsusilə xəstələrə, yaşlılar və uşaqlara kölgəli yerlərdə olmağı məsləhət görürlər.


Havaların isti keçməsi ilə bağlı müdafiə naziri Səfər Əbiyev hərbi hissələrdə xüsusi rejimin elan olunması haqqında əmr verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyir ki, əmrə görə isti havada təlimlərin keçirilməsi qadağan edilib.


İsti günlərdə iş yerlərindəki şəraitə gəldikdə isə, Əmək Məcəlləsinə görə, yalnız havanın temperaturu 45 dərəcəyə çatanda iş dayandırılmalı və ya işə fasilə verilməlidir. Qanunun bu norması yalnız açıq şəraitli iş yerlərində çalışanlara aiddir.


Görünməmiş istilər Avropaya daha çox ziyan vurub. İki gün öncə cənub-şərqi Avropada qeydə alınan rekord səviyyəli yüksək temperatur Rumıniyada 12 nəfərin ölümü ilə nəticələnib. Avropanı bürümüş infraqırmızı dalğa öz öldürücü təsirini davam etdirib. Rumıniyanın Səhiyyə Nazirliyinin məlumatına görə, ötən bir neçə gün ərzində ürək tutmasından azı 30 adam ölüb. İyulun 24-də ölkənin cənubunda temperatur rekord səviyyəyə çatıb, 44 dərəcə isti olub.


Makedoniyada ölkənin 2-ci böyük şəhəri olan Bitolada temperaturun 42 dərəcəyə çatması evlərin od tutmasına gətirib çıxarıb. Nəticədə 1 nəfər ölüb, 20 nəfər evakuasiya olunub.


Macarıstandasa, rəsmi məlumata görə, yüksək temperatur iyulun 15-dən 22-dək 500-dək xəstə və yaşlı insanın ölümünə səbəb olub. İsti hava Budapeşt yaxınlığındakı meşələrdə də yanğına gətirib çıxarıb. Serbiyada da minlərlə hektar meşə alova bürünüb.


İtaliyada temperatur dünən 40 dərəcəyə çatıb, 4 nəfərin ölümü, onlarla hektar meşə ərazisinin məhvi ilə nəticələnən yanğınlar səngimədən davam edir.


Temperaturun 44 dərəcəyə çatdığı Yunanıstanda yüksək rütubətlilik və havanın çirkli olması vəziyyəti daha da ağırlaşdırıb. Ölkədə enerji istehlakı misli görünməmiş həddə çatıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG