Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:16

Azərbaycan fəallarını işə götürən müəssisələr bağlanır


Sulduz şəhərində etiraz aksiyalardan biri. 24 may 2007
Sulduz şəhərində etiraz aksiyalardan biri. 24 may 2007

«Azərbaycan Məhbuslarını Müdafiə Komitəsi» (ASMƏK) son bir neçə ay ərzində həbs olunmuş və ya təhsildən məhrum edilmiş 40-a yaxın tələbənin siyahısını yayıb. Təbriz, Urmiyə, Şəbüstər, Ərdəbil, Marağa və Zəncan universitetlərində təhsil alan bu tələbələr Azərbaycan dili və mədəniyyətini təbliğ etdiklərinə görə müvəqqəti və ya daimi olaraq institutlardan atılıb. Bəzi hallarda da təhsil mərkəzlərinin inzibati idarəsi onları ETTELAAT məmurlarına təhvil verib.


Eyni zamanda qanuni şəkildə fəaliyyət göstərən tələbə təşkilatları heç bir səbəb göstərilmədən yasaq edilib. Universitet məsulları qeydiyyatdan keçirilmiş mədəni tədbirləri gözlənilmədən qapadıb. Azərbaycan dilində keçirilən bir çox ədəbi toplantı, şer və musiqi mərasimi silahlı qüvvələrin hücumuna məruz qalıb.


ASMƏK son zamanlar onlarla Azərbaycan dilində nəşr olunan tələbə mətbuatının qadağan edildiyini bildirir.


Bununla yanaşı İranda iş yerlərinin böyük əksəriyyətini əlində cəmləşdirən dövlət idarələrinin qapısı da mədəni fəalların üzünə bağlıdır. Azərbaycanlılar ya şəxsi alverlə məşğul olur, ya da ki, özəl yerlərdə işə düzəlirlər. Lakin, son vaxtlar özəl müəssisə və dükanları qeydiyyatdan keçirən bələdiyyə və şəhərə nəzarət təşkilatları ETTELAAT-ın təzyiqi nəticəsində fəalların işlədiyi dükanların qapısını da möhürləyir.


Ötən həftə Ərdəbildə şəhərin Məskən və Bina İdarəsi bir taksi xidmətinin ofisini həmin səbəbə görə möhürləyib.


«Savalan Səsi» saytının verdiyi məlumata əsasən, ETTELAAT məmurları təxminən bir ay öncə Mehdi Məhəmmədpur adlı fəalın işlədiyi taksi şirkətinə bildirmişdilər ki, onu işdən kənar etməsələr ofisi qapadacaqlar. Bu hadisədən üç həftə sonra Məskən və Bina İdarəsi Ərdəbilin baş hakiminin göstərişi ilə taksi xidmətinin ofisini möhürləyib.


Mehdi Məhəmmədpur Ərdəbil zindanında saxlanılan tanınmış fəal Abbas Lisaninin bacısı oğludur. O, ötən ilin may aksiyaları və onun ildönümü münasibəti ilə keçirilən nümayişlər zamanı da nəzarət altına alınmışdı. Cənab Məhəmmədpur son dəfə iki ay həbs edildikdən sonra zaminə buraxılıb. Onun iş yerinin qapadılmasına qanuni səbəb göstərilməyib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG