Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:35

Azərbaycan nümayəndələri Ukraynadakı parlament seçkilərinin müşahidə edəcəklər


2007-ci ilin 30 sentyabrına təyin olunmuş Ukrayna növbədənkənar parlament seçkilərində Azərbaycandan müşahidəçilər iştirak edəcəklər. Bu barədə «Trend»ə iyulun 25-də Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev məlumat verib.


Onun sözlərinə görə, Azərbaycan müşahidəçiləri beynəlxalq təşkilatların müşahidəçilərinin tərkibində olacaq. Bununla belə, o bildirib ki, hələ ki, onların sayı və tərkibi məlum deyil.


Ukrayna Xarici İşlər Nazirliyi prezident Viktor Yuşenkonun bu ilin 30 sentyabrına təyin edilmiş növbədənkənar parlament seçkilərini müşahidə etməklə bağlı dəvətini diplomatik kanallarla AŞ PA, ATƏT, QİƏT, GUAM rəhbərlərinə, həmçinin Avropa Parlamentinə göndərib.


XS
SM
MD
LG