Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:46

Rasim Muradov təqsirləndirilən şəxs qismində dindirilir


Müdafiə Nazirliyi Mühafizə Briqadasının sabiq rəis müavini, polkovnik-leytenant Rasim Muradovun haqqında həbs-qətimkan tədbiri dəyişdirilib. O, artıq təqsirləndirilən şəxs kimi dindirilir. Bu haqda «Azadlıq» radiosuna Rasim Muradovun vəkili Oqtay Əliyev məlumat verib. Zabit özü isə ittihamı qəbul etmir və şərlənərək həbs olunduğunu deyir.


Rasim Muradovun Hüquqlarını Müdafiə Komitəsi isə zabitin azadlığa buraxılması ilə bağlı prezident İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya və ombudsman Elmira Süleymanovaya müraciət hazırlayıb.


İyulun 23-də həbs edilmiş Rasim Muradov Müdafiə Nazirliyində yüksək vəzifəli şəxslərlə bağlı tənqidi çıxışlar edib. Bu üzdən əvvəlcə o, Naxçıvandakı hərbi hissələrdən birinə göndərilib, daha sonra rütbəsi aşağı salınıb və nazirliyin Mühafizə Briqadasının komandiri Mirzəli Yusifovun iddiası ilə ona qarşı cinayət işi başlanılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG