Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:32

Prokurorluq jurnalistin rüşvət alarkən həbs olunduğunu iddia edir


Respublika Prokurorluğu Müşfiq Hüseynovun şübhəli şəxs qismində saxlanıldığın deyir

Respublika Prokurorluğu Müşfiq Hüseynovun şübhəli şəxs qismində saxlanıldığın deyir

İyulun 24-də «Bizim yol» qəzetinin Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılmış əməkdaşı Müşfiq Hüseynov rüşvət almaqda ittiham olunur. Bu haqda «Azadlıq» radiosuna Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib. Onun sözlərinə görə, Müşfiq Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri barədə qəzetdə tənqidi məqalə dərc etməmək üçün qurumun aparat rəhbərindən rüşvət tələb edib.


«Rüşvəti almaq üçün «Qurd qapısı» restoranında görüş təyin edib. 24 iyulda saat 15-də tələb etdiyi 3500 dolları rüşvət alarkən cinayət başında yaxalanıb».


Vüqar Əliyev deyir ki, Müşfiq Hüseynova qarşı Cinayət Məcəlləsinin 311.1 maddəsi ilə cinayət işi başlanılıb, jurnalist də şübhəli şəxs qismində saxlanılıb.


«Bizim yol» qəzetinin redaktoru Bahəddin Həziyev isə Müşfiq Hüseynovun rüşvət tələb etməsinə inanmır. O, deyir ki, qəzetin əməkdaşı indiyədək heç kimdən rüşvət almayıb. Amma istintaq onun rüşvət aldığını sübut edərsə, qəzetin də ona münasibəti adekvat olacaq.


Müşfiq Hüseynov «Bizim yol» qəzetində hökumətin iqtisadi siyasətini tənqid edən və korrupsiya ilə bağlı yazılar dərc etdirib. Bu qəzet müxalifət partiyası AXCP-yə yaxınlığı ilə seçilir.


Hazırda Azərbaycanda 7 jurnalist həbsdədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG