Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:44

«Azərbaycanda əyyaşların sayı ildən ilə artır»


Ölkədə əyyaşların sayının artmasını sosial problemlərlə əlaqələndirənlər də var

Ölkədə əyyaşların sayının artmasını sosial problemlərlə əlaqələndirənlər də var

«Zerkalo» qəzetinin 25 iyul tarixli sayında dərc olunan jurnalist araşdırmasında bu qənaətə gəlinib. Qəzet regional statistikaya istinad edərək yazır: «Azərbaycanın şimal rayonlarında xroniki əyyaşlıqdan 174 nəfər əziyyət çəkir. Söhbət dörd rayondan - Xaçmaz, Quba, Qusar və Dəvəçidən gedir». Bu rəqəmləri qəzetə şimal regionu üzrə Narkoloji dispanserin baş həkimi Kamil Mehdiyev verib.


«İçki düşgünlərinin 50%-i, yəni 83 nəfəri Qubanın, 46-sı Qusarın, 29-u Xaçmazın, 16-sı Dəvəçi rayonunun payına düşür». Nəzərə almaq lazımdır ki, bunlar yalnız rəsmi qeydiyyatda olanlardır.


«Azadlıq» qəzeti Naxçıvana səfər edən jurnalist Məhəmməd Əliyevin təəssüratlarını dərc edib. «İraqa çevrilən Naxçıvan» adlanan yazıda bu qənaətə gəlinir ki, «Muxtar Respublika geridə qalmasına görə Özbəkistana, repressiya qaydalarına görə isə Səddamın İraqına bənzəyir».


Jurnalist yazır: «Naxçıvanın «özəlliklərindən» biri Muxtar Respublikada əsgərlərin qul kimi şəxsi obyektlərdə işlədilməsidir. Naxçıvanda hara baxırsan, əsgər mülki paltarda, daha doğrusu, cırıq geyimdə işlədilir».


«AKP-nin qələbəsi, PKK-nın məğlubiyyəti»- Şahvələd Çobanoğlunun «Yeni Müsavat»dakı köşə yazısı belə adlanır. O, yazır: «AKP-nin qələbəsinə yalnız və yalnız Türkiyənin daxili işi kimi baxıb doğru nəticələr çıxarmaq lazımdır. İlk olaraq belə bir fəal və demokratik seçkini tərifləyənlərə qoşularaq deyək ki, bu türk toplumunun böyük uğurudur».


Günün bütün mövzuları

XS
SM
MD
LG