Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:53

Jurnalistin rüşvət tələb etməyə görə həbs edildiyi bildirilir


Müşfiq Hüseynov öz məqalələrində hökumətin iqtisadi siyasətini tənqid edirdi

Müşfiq Hüseynov öz məqalələrində hökumətin iqtisadi siyasətini tənqid edirdi

İyulun 24-də «Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanıb. Bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb. Bunu «Azadlıq» radiosuna sözügedən qəzetin baş redaktoru Bahəddin Həziyev bildirib. Onun sözlərinə görə, iyulun 24-də günorta saatlarında MTN-dən jurnalistin qardaşına zəng vurub sadəcə deyiblər ki, Hüseynovu saxlayıblar. Baş redaktor bildirir ki, ona jurnalistin ailə üzvlərindən verilən məlumata görə, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin rüşvət tələb etmə maddəsi ilə məsuliyyətə cəlb edilib. O, hələlik hər hansı rəsmi məlumatın olmadığını da bildirir.


Müşfiq Hüseynov öz məqalələrində hökumətin iqtisadi siyasətini tənqid edir, özəlləşdirmə sahəsində neqativ hallardan yazır, korrupsiya məsələlərinə toxunurdu. Bahəddin Həziyev deyir ki, son vaxtlar Hüseynov ciddi tənqidi yazı yazmamışdı, bununla belə, onun yazısına görə həbs olunduğu istisna deyil.


Hazırda Azərbaycanda 7 jurnalist həbsdədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG