Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:04

ABŞ-ın Moldovodakı səfiri: «Dağlıq Qarabağ Kosovo münaqişəsindən fərqli konfliktdi»


«Mən o anlayışı rədd edirəm ki, Kosovo Dnestryanı, yaxud Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ problemləri üçün president ola bilər. Bunlar Kosovo münaqişəsindən fərqli konfliktlərdi». Amerikanın Moldovadakı səfiri Maykl Kirbi «Azadlıq» radiosuna müsahibəsində belə deyib. O, Kosovonun müstəqillik qazanacağı halda, bunun başqa dondurulmuş münaqişələr üçün president ola biləcəyini istisna edir.


Səfir həmçinin Azərbaycan, Moldova, Gürcüstan və Ukraynanın təmsil olunduğu GUAM təşkilatını faydalı forum adlandırıb: «Bizim işimiz insanları bir-biriylə ünsiyyətə ruhlandırmaqdı. Onsuz da ünsiyyət üçün yaxşı əsaslar var. Biz bununla GUAM ölkələrinə onların ümumi maraqlarına uyğun məsələlər haqda müzakirələr aparmağa imkan yaradırıq».


Günün bütün mövzuları

XS
SM
MD
LG