Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:53

Müxalifət beynəlxalq qurumlarla əməkdaşlıq imkanlarını araşdırır


Sərdar Cəlaloğlu deyir ki, sosial problemlər dözülməz olduğundan siyasi məsələlər arxa plana keçib
Sərdar Cəlaloğlu deyir ki, sosial problemlər dözülməz olduğundan siyasi məsələlər arxa plana keçib

İyulun 24-də altı müxalifət partiyası ölkədəki sosial-iqtisadi durumu müzakirə etmək üçün Milli İstiqlal Partiyasının qərargahında bir araya gəlib. Mətbuatın iştirakı olmadan keçirilən toplantıda qiymət artımı, yoxsulluq və işsizlik problemləri müzakirə edilib.


Bu haqda «Azadlıq»radiosuna məlumat verən Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyir ki, ölkədə sosial problemlər dözülməz həddə olduğundan siyasi məsələlər, o cümlədən 2008-ci ildəki prezident seçkiləri arxa plana keçirilib.


Onun sözlərinə görə, görüşdə həmçinin müxalifətin xarici təşkilatlarla əməkdaşlıq imkanları da araşdırılıb. Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazova bu yöndəki çatışmazlıqları və potensialı qiymətləndirmək üçün məruzə hazırlamaq tapşırılıb.


Toplantıda Müsavat, Demokrat, Milli İstiqlal, Tərəqqi, Sosial Demokrat partiyaları və Azərbaycan Naminə İctimai Forumun sədrləri iştirak ediblər.


Partiyalar avqustun ilk on günlüyündə yenidən bir araya gələcəklər.


Bu partiyaların son iki ayda altıncı görüşüdür.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG