Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:58

Türkiyə türkdilli ölkələrlə viza rejimini ləğv etmək niyyətindədir


Abdulla Gül: «Türkiyə bütün müsəlman və türklər üçün ikinci evə çevriləcək»
Abdulla Gül: «Türkiyə bütün müsəlman və türklər üçün ikinci evə çevriləcək»

Türkiyə birtərəfli şəkildə türkdilli ölkələrlə viza rejimini ləğv etməyə hazırlaşır. İstanbulda nəşr olunan «Zaman» qəzetinin verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Abdulla Gül bəyan edib ki, müvafiq qərar artıq hazırlanıb və ölkə prezidentinin təsdiqinə təqdim olunmağa hazırdır. Məlumatı «Trend» yayıb.


Qərar qüvvəyə mindikdən sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan kimi türkdilli dövlətlərin vətəndaşları Türkiyəyə sərbəst şəkildə səfər edə biləcəklər.


Türkiyə xarici işlər nazirinin verdiyi məlumata görə, bu məsələ bir ay bundan öncə adıçəkilən dövlətlərin səfirləri ilə birlikdə Türkiyədə müzakirə olunub. Gül qeyd edib ki, Gürcüstan, Səudiyyə Ərəbistanı və Küveytin vətəndaşlarına münasibətdə vizasız rejim mövcuddur. «Türkiyə bütün müsəlman və türklər üçün ikinci evə çevriləcək» - deyə Gül əlavə edib.


Siyasi ekspert Qabil Hüseynli «Azadlıq» radiosuna Türkiyənin viza rejimini ləğv etmək təşəbbüsünü şərh edərkən, bunun real olduğunu bildirib. Ekspert deyir ki, bü türkdilli dövlətlər arasında münasibətlərin daha da intensivləşməsinə təkan verəcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG