Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:00

Liviyada həbs olunan bolqar tibb işçiləri vətənlərinə göndərilib


Bolqar tibb bacıları və fələstinli həkim Fransa prezidentinin təyyarəsində vətənə qayıdıblar
Bolqar tibb bacıları və fələstinli həkim Fransa prezidentinin təyyarəsində vətənə qayıdıblar

Beş bolqar tibb bacısına və bir fələstinli həkimə Liviyada ömürlük həbs cəzası veriblər. Onları təqribən 400 uşağı HİV virusuna yoluxdurmaqda günahlandırırlar. Bolqarıstan Liviyadan məhbusların cəzalarını öz ölkələrində çəkməsini xahiş edirdi.


Məhbusları Bolqarıstanın paytaxtı Sofiyaya Avropa Birliyinin komissarı Benita Ferrero Valdner müşayiət edib.


Xanim Valdner Fransa prezidentinin həyat yoldaşı Sesiliya Sarkozi ilə birgə məhbusların Bolqarıstana qaytarılmasını razılaşdırmaq üçün Liviyaya getmişdi.


5 bolqar tibb bacısı və fələstinli həkim Liviya hökuməti tərəfindən 430 uşağın qəsdən HİV-ə yoluxdurmaqda günahlandırılırlar. Onlar haqda 2004-cü ilin mayında və 2006-cı ilin dekabrında ölüm hökmü çıxarılıb. Sonradan bu hökm ömürlük həbs cəzası ilə əvəz olunub. 1999-cu ildən həbsdə saxlanılan tibb işçiləri özlərini günahkar saymırlar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG