Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:42

Müdafiə Nazirliyi Mühafizə Briqadasının sabiq rəis müavini həbs olunub


Müdafiə Nazirliyi Mühafizə Briqadasının sabiq rəis müavini, polkovnik-leytenant Rasim Muradov həbs olunub. Bu haqda Rasim Muradovun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Ələkbər Məmmədov «Azadlıq» radiosuna məlumat verib.


Zabit Mühafizə Briqadasının komandiri Mirzəli Yusifovun iddiası ilə qaldırılmış cinayət işinə görə həbs edilib. O, rüşvət almaqda və vəzifədən sui-istifadə də ittiham olunur.


Ələkbər Məmmədov isə hesab edir ki, zabitin həbsində məqsəd onu susdurmaq, nazirliyin yüksək rütbəli şəxsləri barədə tənqidi və eləcədə burdakı korrupsiya halları haqda çıxışlarına son qoymaqdır. Bu üzdən əvvəlcə o Naxçıvandakı hərbi hissələrdən birinə göndərilib, daha sonra rütbəsi aşağı salınıb. Buna etiraz olaraq zabit bir ay aclıq aksiyası keçirmiş və bundan sonra nazirlik əməkdaşının iddiası əsasında ona qarşı cinayət işi başlanılıb.


Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyilənlərlə razılaşmır və Rasim Muradovun nazirliklə bağlı söylədiklərini uydurma adlandırır. Eldar SAbiroğlu deyir ki, hər şey istintaqın gedişində bəlli olacaq.


Hərbi Prokurorluqdan isə zabitin həbsi haqda hələlik məlumat verilmir.


XS
SM
MD
LG