Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:16

«Mənə elə gəlir ki, prezidenti ətrafındakılar idarə edirlər»


Akif İslamzadə: «Mütiləşən cəmiyyətdə heç vaxt qalib ola bilməz…»
Akif İslamzadə: «Mütiləşən cəmiyyətdə heç vaxt qalib ola bilməz…»

«Müxalifətin birləşəcəyi sual altındadır»- Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu «Ekspress»ə müsahibəsində belə deyib.


Partiya sədri 2003-cü ildə müxalifətin seçki kampaniyasına gec start verdiyini deyir: «Biz ötən dəfə seçkiyə 7-8 ay qalmış başladıq. Və nəticə də vermədi. Bu dəfə daha çox fərdlərin namizədliyini gözlənilir. 2008-ci ildə müxalifətin bir arada olması hələ də sual altındadır. Bizim bir konkret qərarımız var, seçki ilə bağlı ki, biz heç kimi müdafiə etməyəcəyik. Özümüzdən kənar».


«Zerkalo» qəzeti 24 iyul tarixli sayında Azərbaycanda uşaq bağçalarının hazırkı durumu ilə bağlı təhlil verib. «Məktəbəqədər təhsil-gələcəyə bilet» adlanan jurnalist araşdırması göstərir ki, təhsilin bu mərhələsinə ciddi ehtiyac var: «Aparılan sorğunun nəticələrinə görə, Azərbaycan ailələrinin 39,4%-nin evlərində uşaqların oynaması üçün heç bir şərait yoxdur». Qəzet bu sahədə YUNİSEF-in həyata keçirdiyi layihələrdən bəhs edir. Material qəzetin 7-ci səhifəsində yer alıb.


«Azadlıq» qəzetinin bu sayında Akif İslamzadənin müsahibəsinin ikinci hissəsi yer alıb. O, ölkədəki mənəvi-siyasi durum haqda öz mülahizələrini bölüşür. Azərbaycanda gənclər arasında döyüş ruhunun aşağı olduğunu və hakimiyyəti təbliğatının düzgün qurulmadığını qeyd edir:


«-Amma bütün bunların fonunda İlham Əliyev tez-tez müharibə bəyanatları verir...


-Mənə elə gəlir ki, onu ətrafındakılar idarə edirlər. Onun ümumiyyətlə proseslərdən xəbəri yoxdur. Ona nə məlumat verirlərsə, o da çıxışlarını ona uyğun qurur.


-Yəni, bir növ çara yanlış məlumat verilir...


-Bəli. Çünki müharibə etmək üçün döyüş ruhu olmalıdı. Amma bu gün bu ruh yoxdu. Belə olan halda necə müharibə etmək olar, qələbə qazanmaq olar? Bunlar cəmiyyəti mütiləşdirib idarə etmək istəyirlər. Mütiləşən cəmiyyətdə heç vaxt qalib ola bilməz…»


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG