Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:42

Rusiyada bütün «bomj»lar məcburi qeydiyyata alınacaq


Rəsmi rəqəmlərə görə qışda yalnız Moskvada hər ay 200-dən çox səfil donvurmadan vəfat edir
Rəsmi rəqəmlərə görə qışda yalnız Moskvada hər ay 200-dən çox səfil donvurmadan vəfat edir

Rusiya Dövlət Dumasının deputatları müəyyən yaşayış yeri olmayan bütün vətəndaşların məcburi qaydada qeydiyyata alınması qərarına gəliblər.


Müvafiq qanun layihəsini Dumanın aşağı palatasına deputat Vladimir Vasilyev təqdim edib.


İTAR-TASS xəbər verir ki, qanunun əsas mahiyyəti sərgərdan həyat tərzi sürən şəxslərin dəqiq sayını müəyyənləşdirmək və bu sahədə nizam-intizam yaratmaqdan ibarətdir.


«Bomj»lar ölkənin bir regionundan digərinə keçərkən mütləq qeydiyyat idarələrinə müraciət etməlidirlər, hər altı aydan bir isə harada olmalarından asılı olmayaraq yenidən qeydiyyatdan keçməlidirlər.


Bu qaydalara riayət etməyən səfilləri ilkin olaraq 10 sutka həbs cəzası gözləyir. Qanunu bir neçə dəfə pozan şəxs isə 1 ilədək həbs oluna bilər.


Deputat Vasilyevin sözlərinə görə, qanunda eyni zamanda, «bomj»lara sosial-iqtisadi dəstək vermək, psixoloji yardım etmək kimi müddəalar da yer alıb.


Rusiyada «bomj»ların sayı barədə dəqiq statistik məlumat yoxdur. Rəsmi rəqəmlərə görə, qışda yalnız Moskvada hər ay 200-dən çox səfil donvurmadan vəfat edir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG