Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:49

Jurnalist ağzını tikib və aclığa başlayıb


Qızıldaş qəsəbəsindəki 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan «Nota Bene» qəzetinin müxbiri Fərəməz Novruzoğlu (Allahverdiyev) iyulun 20-dən həbsinə etiraz olaraq ağzını tikib və aclığa başlayıb. Bu barədə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu məlumat yayıb. Jurnalist İsarilin Bakıdakı səfirliyinin əməkdaşlarının ona baş çəkməsini istəyir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən F.Novruzoğlunun aclığa başlamasını və ağzını tikməsini təsdiq ediblər. Xidmətin əməkdaşı «Turan»a bildirib ki, F.Allahevrdiyev aclığa başlaması ilə bağlı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə məktubla müraciət edib və o, dodaqlarını adi sapla tikib. Jurnalist İsrailin Bakıdakı səfiri ilə görüşməyi, Azad Mətbuat Şurasının yaradılmasını və məqalələrinin dərc edilməsini tələb edir.
Fərəməz Novruzoğlu Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (şərəf və ləyaqətin alçaldılması) maddələri ilə bu ilin yanvarında həbs olunub.


XS
SM
MD
LG