Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:50

Həmrəylik marafonu başa çatdı


Növbəti həmrəylik marafonu Elmar Hüseynovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı olacaq

Növbəti həmrəylik marafonu Elmar Hüseynovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı olacaq

Həbsdə olan jurnalistlərə kömək məqsədilə keçirilən həmrəylik marafonunda 195 nəfər iştirak edib. Onların arasında siyasətçilər, redaktorlar, sadə vətəndaşlar, hətta bir neçə xarici ölkə vətəndaşı da var. Bu barədə iyulun 23-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynli marafonun yekunlarını və maliyyə hesabatını açıqlayarkən bildirib. Marafon 22 iyundan 22 iyula qədər davam edib. Ümumilikdə isə 1938 manat yığılıb ki, bu da həbsdə olan 7 jurnalist arasında bölüşdürülüb.


Emin Hüseynovun sözlərinə görə, Eynulla Fətullayevin atası Emin Fətullayev oğlunun ailəsinin vəziyyəti stabil olduğundan onun üçün ayrılmış vəsaiti Sakit Zahidovun ailəsinə verməyi xahiş edib. Emin Hüseynli marafon ənənəsini davam etdirəcəklərini bildirib.


Hazırda böhtan atmaq, təhqir etmə, narkotik vasitələrdən istifadə etmə, dini ədavət salma ittihamları ilə 7 jurnalist həbsdədir.


RATİ növbəti marafonu «Monitor» jurnalının 2005-ci ildə qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun adının əbədiləşdirilməsi məqsədi ilə keçirmək niyyətindədir. İnstitut «Mətbuat» prospektində mərhum jurnalistin heykəlinin ucaldılmasına çalışacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG