Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:12

«YAP-da «Brejnev durğunluğu» başlayıb»


Ekspertin gəldiyi qənaət ondan ibarətdir ki, «İlham Əliyevə YAP-ın xidmətləri lazım deyil»

Ekspertin gəldiyi qənaət ondan ibarətdir ki, «İlham Əliyevə YAP-ın xidmətləri lazım deyil»

Siyasi ekspert Zəfər Quliyevin «Azadlıq» qəzetində dərc olunan məqaləsi belə adlanır.


Ekspert yazır: «1992-ci ildə yarandığı gündən bu partiyanın üzərinə konkret, spesifik siyasi rolu yerinə yetirmək missiyası qoyulmuşdu: Heydər Əliyevin hakimiyyətə gəlməsinə yardımçı olmaq, onun mövqeləri və maraqlarından çıxış etmək. Başqa sözlə bu partiya lap əvvəldən Heydər Əliyev üçün yaradılmışdı. Onun şəxsi göstərişiylə yaradılan təşkilat, onun siyasi planlarını icra etməli idi».


Ekspert YAP-ın hakimiyyətə gəlişindən sonrakı siyasi situasiyanı belə təhlil edir: «Partiyaya komsomol və kommunist nomenklaturanın, məzhəbpərəstlərin, yaltaqların kütləvi axını başladı. Mütəmadi olaraq deqradasiyaya məruz qalan YAP müəyyən müddətdən sonra Sov.İKP-ni xatırlatmağa başladı. Daha sonra təşkilatda «Brejnev durğunluğu» başladı».


Zəfər Quliyevin gəldiyi qənaət ondan ibarətdir ki, «İlham Əliyevə YAP-ın xidmətləri lazım deyil».


«Azadlıq» qəzeti xəbər verir ki, iyulun 18-də kütləvi aksiyaları dağıtmaq üçün təlim məşqləri keçən Çevik Polis Alayının əməkdaşları faciə ilə üzləşiblər. Bakı şəhəri ətrafında, Bayılın «20-ci sahə» adlanan ərazisində keçirilən təlim zamanı qumun altında «gizlədilən» trotil partlayıb.


Qəzet hadisə zamanı 20 nəfərdən artıq polis əməkdaşının yaralandığını yazır.


«Yeni Müsavat»ın köşə yazarı Zahid Səfəroğlu «Prezident-prezident oyunu…» yazısında bu yaxınlarda Dağlıq Qarabağda keçirilmiş prezident seçkilərinə münasibət bildirir: «… beynəlxalq birlik qondarma seçkiləri qınamaqla yanaşı, separatçılara altdan-altdan xəfif rəğbət sərgiləməkdə davam edir. Dağlıq Qarabağa qanunsuz yolla çoxsaylı beynəlxalq müşahidəçilərin getməsi bunun əyani təzahürləridir».


Günün bütün mövzuları

XS
SM
MD
LG