Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:16

Türkiyədə hakim partiya hakimiyyətdə qaldı


Baş nazir Rəcəb Tayyib Ərdoğan bundan sonra milli birlik üçün çalışacağını bəyan edib

Baş nazir Rəcəb Tayyib Ərdoğan bundan sonra milli birlik üçün çalışacağını bəyan edib

İlkin nəticələrə görə, Türkiyədə parlament seçkilərində hakim partiya qalib gəlib. Artıq səslərin sayılıb qurtardığı xəbər verilir. Ədalət və İnkişaf Partiyası səslərin təqribən 46 faizini toplayıb və parlamentdə 550 yerin 339-nu tutacaq.


İyulun 22-si axşam saatlarından başlayaraq partiyanın tərəfdarları qələbəni qeyd edirlər. Baş nazir Rəcəb Tayyib Ərdoğan bundan sonra milli birlik üçün çalışacağını, həm iqtisadi, həm də demokratik islahatları davam etdirəcəyini bildirib.
O, Türkiyədə işsizliyin qarşısını almaq üçün daha liberal qanunlar işlənib hazırlanacağını vurğulayıb.


10 faizlik baryeri iki partiya keçə bilib. Cümhuriyyət Xalq Partiyası 20, Milliyətçi Hərəkat Partiyası 14 faiz səs yığıb. Bununla yanaşı parlamentə 28 müstəqil namizəd keçib.



Türkiyədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə səbəb aprel-may aylarında yaranmış siyasi böhran olub. Həmin vaxt ölkənin konstitusiya məhkəməsi parlamentdə yetərsay olmadığından prezident seçkilərini etibarsız saymışdı.



Günün bütün mövzuları

XS
SM
MD
LG