Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:15

«Məhərrəm Əliyevin başı üzərindəki qara buludlar sıxlaşır»


Bakı Şəhər Baş Polis İdarəsində müşavirənin 5 saatadək davam etdiyi bildirilir
Bakı Şəhər Baş Polis İdarəsində müşavirənin 5 saatadək davam etdiyi bildirilir

«Bakı şəhər polisində «qiyam» yatırıldı»- «Yeni Müsavat» qəzetinin 21 iyul tarixli sayının manşeti belə adlanır. Qəzet Bakı Şəhər Baş Polis İdarəsində daxili işlər naziri Ramil Usubovun keçirdiyi müşavirəyə geniş yer ayırıb. Qəzet yazır: «Daxili işlər naziri Ramil Usubovun yoxlamalarının yekunu kimi şəhər polisində təxminən 5 saatadək davam edən qapalı müşavirə keçirməsi və yüksək rütbəli idarə rəislərini vəzifəsindən azad etməsi bir daha göstərir ki, Məhhərəm Əliyevin başı üzərindəki qara buludlar sıxlaşır».


«Yeni Müsavat» iddia edir ki, beləliklə, dünənki müşavirə ilə R.Usubov BŞBPİ-dəki «son atəş nöqtələrini»də susdurdu. Yəni «qiyam»çılar susduruldu. Çox güman ki, indi növbə, M.Əliyevə çatacaq».


«Hacı Məmmədovun üzünə duranlar vəzifələrindən azad edildilər»- «Azadlıq» qəzeti Bakı polisində keçirilən müşavirəyə belə qiymət verib. İşdən çıxarılan idarə rəisləri ilə bağlı qəzetin versiyası belədir: «Bu zabitlərin işdən çıxarılması, sadəcə hansısa polis zabitlərinə münasibət deyil. Çünki onların hər biri yüksək ranqlı dövlət məmurlarının qohum-qardaşlarıdır». «Azadlıq» yazır ki, işdən çıxarılanlardan bir çoxu DİN-in keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun məhkəmə prosesində şahid kimi iştirak etmiş şəxslərdir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG